Prezident doğum gününü BELƏ QEYD ETDİ - FOTO
25 Dekabr 2019 03:58 SosialXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 58 yaşı tamam olur.
Ölkə başçısının böyük qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva doğum günündən fotolar paylaşaraq təbrik ünvanlayan hər kəsə təşəkkürünü bildirib.
"Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan can sağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əmin-amanlıq, xeyirxahlıq və sevgi hökm sürsün! Allah hamınızı qorusun!", - deyə Leyla Əliyeva qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31