Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupunun fəaliyyətininn nəticələri açıqlanacaq
Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupunun fəaliyyətininn nəticələri açıqlanacaq
24 Dekabr 2019 17:42 SosialDekabrın 25-də, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Günəşin axtarışında" beynəlxalq iş qrupun tədbiri keçiriləcək.
Olaylar.az xəbər verir ki, tədbirə AMEA-nın müxtəlif institutlarının, icra hakimiyyətinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri dəvət olunub. Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətə dair təqdimat keçiriləcək, abidələrin qorunması və "Günəşin axtarışında" işçi qrupun fəaliyyətinin hakimiyyət orqanları, dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi məsələləri müzakirə ediləcək. Eləcə də tədbirdə "Günəşin axtarışında" işçi qrupunun üzvlərinin rəyinə əsasən, 2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin siyahısı təqdim olunacaq.
Qeyd edək ki, "Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə MEK-in bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.