BMU-nun tələbəsi dünya çempionatında I yeri tutub

BMU-nun tələbəsi dünya çempionatında I yeri tutub

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının III kurs tələbəsi Elsevər İsmayılov Ukraynanın Xarkov şəhərində keçirilən WFFC Dünya Çempionatı 2019-da (WCFF World Championship 2019) iştirak edib. Olaylar.az xəbər verir ki, çempionatda E.İsmayılov kunq-fu sanda döyüşü üzrə 65 kq çəki dərəcəsində I yerə layiq görülüb, qızıl medal və diplomla təltif olunub.

19-40 yaş arası idmançıların qatıldığı çempionat 3 mərhələdən ibarət olub. Finalda ukraynalı rəqibi ilə döyüşən tələbəmiz onu nokaut vəziyyətinə salaraq çempionatın qalibi adını qazanıb. 

Qeyd edək ki, E.İsmayılov dəfələrlə kunq-fu sanda döyüşü üzrə Respublika çempionu, eyni zamanda Bakı kubokunun qalibi və Savat idman növü üzrə Azərbaycan kubokunun birincisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31