Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 677 səs toplayıb.

Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:

"Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. "Xəzər" TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir".

R.Zərgərli isə saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, oğlunun Bələdiyyə seçkilərinə qatılmasından xəbərdardır.

Onu da bildirək ki, C.Qafarov hazırda "Xəzər" TV-də yayımlanan "İmtahan" serialında baş rollardan birini canlandırır.

minval.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31