Bələdiyyə seçkiləri ilə bağlı şikayət yoxdur – MSK
Bələdiyyə seçkiləri ilə bağlı şikayət yoxdur – MSK
24 Dekabr 2019 12:08 SosialÖtən gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya hələlik heç bir şikayət daxil olmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. O qeyd edib ki, yalnız ötən gün 75 saylı Lənkəran-Masallı seçki dairəsi ilə bağlı şikayət daxil olub və elə həmin gün də ona münasibət bildirilib:
"Seçkinin ilkin nəticələri dünən gecə saatlarında bəlli oldu və onu ictimailəşdirdik. Bu gün hansısa nöqsanlarla bağlı şikayət daxil olarsa, gün ərzində onlar da araşdırılacaq. Bu saata qədər isə hələlik heç bir məlumat yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31