Ağdaşda 15 yaşlı qıza təcavüz edildi - Təfərrüat
24 Dekabr 2019 11:27 SosialAğdaş rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Rahib Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxşı dekabrın 26-da davam edəcək.
İttihama görə, Rahib Məmmədəliyev rayon ərazisində Ayla Səmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib.
İstintaq orqanı tərəfindən Rahib Məmmədəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31