Azərbaycanda bu icra başçısının səhhəti pisləşib? - Rəsmi
Azərbaycanda bu icra başçısının səhhəti pisləşib? - Rəsmi
23 Dekabr 2019 12:41 SosialLənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır.
Bu barədə Report-a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:
"Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar".