Nazirlik Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı
Nazirlik Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı
23 Dekabr 2019 12:03 SosialSəhiyyə Nazirliyi Bakıda silahlı insident zamanı yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31