Ərəb dünyası Azərbaycanı izləyəcək – Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir

Ərəb dünyası Azərbaycanı izləyəcək – Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində "Əl Cəzirə" Media Şəbəkəsinin sözügedən Fondla birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərlə bağlı mətbuat konfransı keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə BAMF prezidenti Umud Mirzəyev, Mədəniyyət Nazirliyi və media nümayəndələri iştirak edib.

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə "Musafir" proqramında yayımına davam edilir. Filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarımnı əhatə edir. 20 iyun - 12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklarını, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə "Musafir" proqramı vasitəsi ilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir. Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olub. Filmin Naxçıvanla bağlı növbəti bölümü Bakı vaxti ilə 21 dekabr, saat 20:30 da nümayiş edtiriləcək.

https://www.youtube.com/watch?v=YwxAMjL_JFs&feature=youtu.be

BAMF-ın prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib: "Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan Əl Cəzirə  "Musafir"in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir.

BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir: "Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Soug, İbrahim  Hamdan və Sami Əl Haccın xidmətlərikni xüsusi qeyd etmək istərdim" deyə, Umud Mirzəyev bildirib.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini Ərəb dünyasına öz dili vasitəsilə çatdıran aparıcı Hazim Abdülvaftanın ifadələrini belə şərh edib: "Abdülvaftinin filmdə Azərbaycanı təqdim edərkən "Aman Allah! Bu ölkənin gözəlliyi "Min bir gecə" nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən bu yerlərdən olması məni təəccübləndirmir" - ifadələrindən istifadə edərək tamaşaçıları belə bir möhtəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31