Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib

Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb. Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31