Cari ildə 56 şəhər və rayonda əmək yarmarkaları keçirilib
Cari ildə 56 şəhər və rayonda əmək yarmarkaları keçirilib
20 Dekabr 2019 14:35 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu ildə ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkaları təşkil edib. Nazirlikdən "Olaylar2a verilən məlumata görə, yarmarkalarda 1324 dövlət və özəl müəssisəsi iştirak edib və 15 183 vakant iş yeri təqdim edilib. 3411 nəfər işsiz və işaxtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib. Bu aktiv məşğulluq tədbirlərində həmçinin vətəndaşlara Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları, habelə özünüməşğulluq proqramı haqqında məlumat verilib. Bu proqramlara müraciət etmək istəyən şəxslərə bunun üçün prosedur qaydaları izah edilib.