“Məşğulluq” altsisteminə daxil edilən vakansiyaların sayı 17 500-ə çatıb
“Məşğulluq” altsisteminə daxil edilən vakansiyaların sayı 17 500-ə çatıb
20 Dekabr 2019 14:34 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Məşğulluq" altsisteminə boş iş yerləri barədə məlumatların daxil edilməsi prosesi davam edir. Nazirlikdən "Olaylar"a bildirilib ki, işəgötürənlər tərəfindən altsistemin "Vakansiya bankı"na daxil edilən iş yerlərinin sayı artıq 17 500-ə çatıb. Məşğulluq" altsistemi işəgötürənlərin işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə, vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilmələrinə imkan verir. Vakant iş yerləri üzrə işsiz və işaxtaran şəxslərə göndərişlərin verilməsi prosesi isə elektron infrastruktur üzərində həyata keçirilir. Qeyd edək ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.