Evlərə qənim kəsilən şəxs ələ keçib
20 Dekabr 2019 14:31 SosialBakıda evdən 13 min pul və qızıl-zinət əşyaları oğurlanıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan R.Ramazanovun ətrafında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 6000 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31