Toliklə saxlanılan icra başçısı arasında nə yaşanıb? - Onu ittiham etdi

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında tutulub. Hadisədən sonra  prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə icra başçısı haqda maraqlı faktlar paylaşıb: "Sağ əli bütün rüşvət alıb, kasıbları incidənlərin başına. Azərbaycanda tez bir zamanda rüşvətxorluğun, korrupsiyanın kökü kəsiləcək. İnşallah Prezidentimiz belə insanları cəzalandıracaq və bu başqalarına da dərs olunacaq”. 

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev rüşvət alarkən cinayət başında tutulub.

Hadisədən sonra  prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə icra başçısı haqda maraqlı faktlar paylaşıb:

"Sağ əli bütün rüşvət alıb, kasıbları incidənlərin başına. Azərbaycanda tez bir zamanda rüşvətxorluğun, korrupsiyanın kökü kəsiləcək. İnşallah Prezidentimiz belə insanları cəzalandıracaq və bu başqalarına da dərs olunacaq". 

Tolik daha sonra bir istifadəçinin rəyinə cavab yazıb və N. Quliyevi ona kömək etməməkdə ittiham edib:

"Mən kasıb ailəyə ev tikdirdim, bu adam bir "meşok" sement də vermədi. Bax, axırı da belə oldu".

Xatırladaq ki, tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bir müddət öncə "İnstagram"da kasıb ailənin durumu ilə bağlı paylaşılan videodan sonra yardımsevər şəxslərin dəstəyi ilə ailənin yanına gedib və onlara yardım əlini uzatmışdı.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31