“Həkimə 3 manat pul verilib" - Nazirlikdən rüşvət alan həkimlə bağlı AÇIQLAMA
“Həkimə 3 manat pul verilib" - Nazirlikdən rüşvət alan həkimlə bağlı AÇIQLAMA
19 Dekabr 2019 17:43 SosialSəhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.
Olaylar.az report-a istinadən xəbər verir ki, Nazirlik məsələnin araşdırıldığını bildirib.
"Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək", - Nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31