Beynəlxalq Miqrasiya Günü qeyd edilib
Beynəlxalq Miqrasiya Günü qeyd edilib
19 Dekabr 2019 16:28 SosialMədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-a Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib ki, tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai, Ombudsman Səbinə Əliyeva və digərləri cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.
BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai öz çıxışında vurğulayıb ki, 2000-ci ildən bəri yolda həyatını itirən miqrantlarn sayı 60000-i ötüb və bu insanlar da bizimlə eyni arzuları paylaşırdılar. Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya hər kəsin marağına xidmət edir. Dayanıqlı inkişaf Məqsədlərinin 10.7-ci çağırışı miqrantlara münasibərdə yol verilən bərabərsizliyin ləğvini hədəfləyir. Bu prinsip həmçinin Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya Naminə Qlobal Razılıq sənədi ilə miqrasiya miqrasiya probleminin həllində, onların hüquqlarının qorunmasında dövlət, həmçini Azərbaycan tərəfindən qəbul edilmişdir. Rezident əlaqələndirici BMT-nin qurumları, xüsusilə də BMqT və BMT İnkişaf Proqramının bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığına diqqət yetirərək, birgə icra olunan layihələr nəticəsində miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırıldığını vurğuladı.
Vladimir Qyorqiyev ildən-ilə sayı artmaqda olan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi baxımından 2000-ci ildən etibarən dekabrın 18-i dünyada qeyd olunan Beynəlxalq Miqrant Gününün mühüm əhəmiyyət daşıdığını qeyd etdi: "Miqrantlar bugünkü dünya əhalisinin 270 milyonunu təmsil edir və bu say dünyada baş verən müxtəlif dinamikalara görə hər gün artır. Hər il biz bu gün 2000-ci ildən başlayaraq BMT tərəfindən təyin olunan və tanınan Miqrantlar Gününü qeyd edirik və bu gün biz miqrantların, eləcə də üzv ölkələrimizin səsini eşidirik və onların vahid səsi hamının rifahı naminə firavanlıq və idarə olunan miqrasiyanın vacibliyini deyir".
Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müaviniPərviz Musayev bildirib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan Respublikası regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir: "Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından təyinat ölkədən mənşə ölkəsinə çevrilib."
Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin RəhbəriCemal Yangin, Azərbaycandakı özünün miqrant həyat təcrübəsi ilə tədbir iştirakçıları ilə bölüşdü.
Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmarlı yeniyetmə miqrantın həyatına həsr olunmuş "İtmiş Oğlan" adlı film nümayiş olundu.
Tədbirdə gedişində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillər nümayiş olunub, iştirakçılara BMqT-nin politilen paketlərdən istifadədən imtina kapmaniyası çərçivəsində hazrılatdığı eklogi təmiz zənbillər hədiyyə olundu.