“Həyəcanla zəng etdi ki, uşağı niyə “abort” etdirmisən? ” – Məşhur aparıcı

“Həyəcanla zəng etdi ki, uşağı niyə “abort” etdirmisən? ” – Məşhur aparıcı

"Uşağımı  istəyərək tələf etməmişəm. Hamilə deyildim. Bir jurnalist dostumuz  reytinq üçün  yazdı o xəbəri". Anam zəng etdi ki, ay qız, sən nə vaxt uşağını abort etdirmisən?"

Bu sözləri minval.info-ya açıqlamasında aparıcı Fira Cəlilova deyib. O, səhhətinin pisləşməsindən də danışıb:
"Bədən şəkilləndirmə əməliyyatı keçirmişəm. Belimi incəldib, ombamı böyütdürməmişəm. Əməliyyatı evdəkilərdən üç gün gizlətdim. Amma bu xəbər sosial şəbəkələrdə yayılandan sonra gizlətmək mümkün olmadı. Haqqımda xəbər saytlarında "abort" etdiyimi yazdılar. Bu xəbərin heç bir əsası yoxdur. Mən heç hamilə də olmamışam. Anam bu xəbərləri oxuyub, həyəcan keçirib. Bu məsələyə nöqtə qoymaq istəyirəm.  Bildirmək istəyirəm ki, xeyli müddət pəhriz saxladım. Ard-arda "liposaksiya" və bədən şəkilləndirmə əməliyyatı keçirmişəm. Evdə aləm bir-birinə qarışmışdı. Bir söz işlətmişdim ki, "Evdə iki canavarım var, üçüncüsünə ehtiyac yoxdur". Yəni iki övladım var, üçüncüsünə gərək yoxdur. Bu sözlərim rezonansa səbəb olmuşdu. Bu sözlərimə görə sosial şəbəkə izləyiciləri tərəfindən qınandım"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31