Bakı-Sumqayıt yolunda qəza baş verdi – Rəsmi
19 Dekabr 2019 15:16 SosialBakı Sumqayıt yolunda qəza basıb. Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə Təcili Yardım briqadaları yollanıb.
Qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir.
Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31