Şəbnəm Tovuzlu Həcinin elə videosunu göstərdi ki... "Donub qalarsan"
Şəbnəm Tovuzlu Həcinin elə videosunu göstərdi ki... "Donub qalarsan"
19 Dekabr 2019 13:55 SosialHəci məni heç vaxt aldada bilməz.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Şəbnəm Tovuzlu "Xəzər" TV-də yayımlanan "X maqazin" proqramında dilə gətirib.
O, verilişin aparıcı Zümrüd Bədəlovaya həyat yoldaşı ilə bağlı söz-söhbətə səbəb olacaq açıqlamalar verib.
"Telefonumda sənə bir dəfə video göstərərəm ki, təəccübdən donub qalarsan. Onun içində Şəbnəmi itirmək qorxusu var. Sənə o videonu göstərəcəyəm, öləcəksən gülməkdən".
Zümrüdün "Boynuna alırsan ki, sənə həsəd aparan, paxıllığını çəkən çox qadınlar var?" sualına sənətçinin cavab reaksiyası belə olub:
"Qadınların hamısı sevilmək istəyir. Paxıllıq deməzdim, kişilərdən də çox şey asılıdır. Kişilər xanımlarını sevsə, onlar başqasına həsəd aparmaz. Mən bunu belə başa düşürəm".