Nazirlik Balakəndəki insidentlə bağlı məlumat yaydı
Nazirlik Balakəndəki insidentlə bağlı məlumat yaydı
19 Dekabr 2019 13:01 SosialSəhiyyə Nazirliyi Balakəndə baş verən silahlı insidentdə yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb.Nazilrikdən "Olaylar"a verilən məlumatda qeyd olunur ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib. Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31