Azərbaycanda icra başçısı həbs edildi - AÇIQLAMA
19 Dekabr 2019 12:48 SosialAğstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilməsi barədə iddia səslənib.Bu barədə unikal.org məlumat yayıb. Qeyd edilib ki, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.Ağstada RİH-dən isə bildirilib ki, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Hadisə barədə ilk xəbəri bakupost.az saytı yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31