Azərbaycanda dəhşətli hadisədə ölən 30 yaşlı ELVİNİN FOTOLARI
Azərbaycanda dəhşətli hadisədə ölən 30 yaşlı ELVİNİN FOTOLARI
19 Dekabr 2019 11:13 SosialDekabrın 17-də səhər saatlarında Sumqayıt şəhəri yaxınlığında - Bakı-Quba yolunun Stansiya Sumqayıtdan keçən hissəsində ağır yol qəzasının baş verməsi nəticəsində 2 gəncin vəfat etməsi barədə məlumat vermişdik.
Olaylar.az xəbər verir ki, sürücünün idarəetməsindən çıxaraq aşan "Shacman" markalı yük avtomobilinin sükanı arxasında olan Saatlı rayon sakini 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu subay olub.. hadisə nəticəsində sürücü ilə yanaşı sərnişini 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlu da vəfat edib.
Dəhşətli qəzada vəfat edən 30 yaşlı Elvinin bəzi fotolarını təqdim edirik.



Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31