Məhkumlar üçün seminar-treninqlər keçirilib
Məhkumlar üçün seminar-treninqlər keçirilib
18 Dekabr 2019 16:51 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sosial reabilitasiya prosesinin gücləndirilməsi, onlarla aparılan tərbiyə işinin təkmilləşdirilməsi və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi məqsədilə dövlət qurumları və ictimai təşkilatlarla birgə fəaliyyətə əsasən bir sıra müxtəlif səpkili idman, mədəni, maarifləndirici və kütləvi tədbirlər təşkil edilməkdədir. Salyan rayon Gənclər və İdman İdarəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində "Sağlam həyat, sağlam gələcək" mövzusunda narkomaniya, QİÇS və digər zərərli vərdişlərlə mübarizə barədə maarifləndirici seminar-treninq keçirilmişdir. "Olaylar" xəbər verir ki, tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin, Salyan rayon Mərkəzi xəstəxanasının və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər. Məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində "Dini həmrəyliyin milli həmrəyliyin möhkəmlənməsində rolu" mövzusunda seminar-treninq keçirilmişdir.Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər. Seminar-treninqlər məhkumlar tərəfindən maraqla qarşılanmış, mövzular ətrafında müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.