İstanbulda Behbud Xan Cavanşirin abidəsinin açılışı olub
İstanbulda Behbud Xan Cavanşirin abidəsinin açılışı olub
18 Dekabr 2019 16:37 SosialDekabrın 18-də İstanbul Bəyoğlunda Azərbaycanın İstanbul Baş Konsulluğunun təşəbbüsilə Azərbaycan Demokratik Respublikasının 18 iyul 1921- ci ildə erməni daşnak terrorçusu Misak Taylaryan tərəfindən qətlə yetirilən daxili işlər naziri Behbud Xan Cavanşirin abidəsinin açılışı olub. Açılış Bəyoğlu və İstanbulun mərkəzində yerləşən və nazirin şəhid edildiyi məhşur Pera Palaz otelinin önündə gerçəkləşib
Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev Ali Fuat Türkel-Şişli rayonu İcra hakimiyyətinin başçısı
Mustafa Demirelli- Beyoğlu rayonu İcra hakimiyyətinin başçısı
Haydar Ali Yıldız- Beyoğlu Bələdiyə Başkanı
Murat Tamer- Türkiyə Cumhuriyəti Xarici İşlər Nazirliyi İstanbul təmsilcisi, III dərəcəli səfir
İstanbul vali yardımcısı- Ahmet Hamdi Usta iştirak ediblər. Abidənin açılışında çıxış edən Azərbaycan İstanbul Baş Konsulu Məsim Hacıyev və Bəyoğlu Bələdiyyə başqanı Murat Tamer xalqlarımızın dostluğu və qardaşlığından, azadlıq yolunda verdiyimiz qurbanlardan və ölkələrimizin prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında əldə etdiyi yüksək nailiyyətlərdən danışıblar. Baş Konsul Məsim Hacıyev abidənin ucaldılmasında köməklikləri olan Türkiyə Daxili İşlər Nazirliyinə , İstanbul Valiliyinə və Bəyoğlu Bələdiyyəsinə öz dərin təşəkkürünü bildirmişdir. Sonra Behbud Xan Cavanşirin abidəsinə çiçəklər qoyularaq mərasim yekunlaşıb.
MEHDİ SƏLİMOV




