Azərbaycanlı fəhlə dünya çempionatında birinci oldu

Azərbaycanlı fəhlə dünya çempionatında birinci oldu

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən "World Raw Powerlifting" dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində fəhlə vəzifəsində çalışan Nicat Xosrovzadə birinci yerə layiq görülüb. Bu barədə məlumat "OLAYLAR"-a Agentlikdən daxil olub. Bildirilib ki, Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31