“Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” layihəsinin təqdimatı olub
“Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” layihəsinin təqdimatı olub
18 Dekabr 2019 13:26 Sosial"Azərbaycanın tanınmış qadınları "Vikipediya"da" layihəsinin təqdimatı olub
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Azərbaycanın tanınmış qadınları "Vikipediya"da" layihəsinin təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan direktor Leyla İmanova "Vikipediya"nın Azərbaycan dili bölməsi üzrə statistikasının dinamikasından, eləcə də fəaliyyət alqoritmindən danışıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda son zamanlar "vikipediya fəaliyyəti" ifadəsi ilə yanaşı "vikipediya hərəkatı" ifadəsinin daha tez-tez səslənməsini , MEK-in "Vikipediya" Metodik Mərkəzi tərəfindən istənilən mövzunu əsaslı təhlil olunmasını və işlənilməsini, komandanın həvəskarlıqdan peşəkarlığa qədər yol keçməsini söyləyib.
Akademik İsa Həbibbəyli "Vikipediya"nın xarici dil bölmələrində fəaliyyətin gücləndirilməsini, məqalələrin daha çox etibarlı istinadlarla təmin olunmasını tövsiyə edib.
Kitabxananın Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşı Mahirə Niftullayeva "Vikipediya" Metodik Mərkəzinin komandasının həyata keçirdiyi böyük layihələrdən, qarşıdakı məqsədlərdən danışıb və "Azərbaycanın tanınmış qadınları "Vikipediya"da" layihəsini təqdim edib.
Tədbirin sonunda MEK-in "Vikipediya" Metodik Mərkəzinin əməkdaşlarına "Vikipediya"nın Azərbaycan və xarici dil bölmələrində yaratdıqları məqalələrə, bununla da ölkəmizdə informasiyanın kontent təhlükəsizliyinə verdikləri dəyərli töhfəyə görə təşəkkürnamələr təqdim olunub.