Orta aylıq əməkhaqqının məbləği açıqlandı

Orta aylıq əməkhaqqının məbləği açıqlandı

Dövlət Statsitika Komitəsi (DSK) Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqını açıqlayıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb. Hesabat dövründə orta aylıq nominal əməkhaqqı  614,2 manat təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 50,8 milyard manat təşkil etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31