Əhalinin sayı 10 053 145 nəfərə çatıb
Əhalinin sayı 10 053 145 nəfərə çatıb
18 Dekabr 2019 12:11 Sosial2019-cu ilin 10 ayında Azərbaycanda 46403 ölüm halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb. Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117 752 doğulan körpə qeydə alınıb. Ümumilikdə, ilin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 053 145 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31