Bakıda siçanların məskən saldığı məşhur restoranla bağlı araşdırma başladı RƏSMİ
BAKIDA SİÇANLARIN MƏSKƏN SALDIĞI MƏŞHUR RESTORANLA BAĞLI ARAŞDIRMA BAŞLADI –RƏSMİ
18 Dekabr 2019 11:53 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda məşhur restoranda siçanların görüntülənməsi ilə bağlı məlumatlara münasibət bildirib.Agentlikdən qeyd edilib ki, sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb:"Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".Xatırladaq ki, dünən Oxu.Az-ın redaksiyasına Bakıdakı restoranlardan birində antisanitar şəraitin hökm sürməsinə dair fotolar daxil olub."Sofra" restoranının mətbəxində məişət əşyalarının içində siçanlar məskən salıblar.Fotolardan aydın olurdu ki, heyvanlar burada özlərini heç də yad kimi hiss etmirlər.