Oğru “iş başında” yaxalandı

Oğru “iş başında” yaxalandı

Polis əməkdaşlarının sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, dekabrın 17-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31