Səbail rayonunun bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Səbail rayonun bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Dekabrın 18-də gün ərzində paytaxtın Səbail rayonunun Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-dən daxil olub. Bildirilib ki, buna səbəb sözügedən küçələrdən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar görülən işlərdir. 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31