MSK növbəti iclas keçirdi - 233 nəfərin namizədliyi təsdiqlənib

MSK növbəti iclas keçirdi - 233 nəfərin namizədliyi təsdiqlənib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Olaylar.az xəbər verir ki, əvvəlcə komissiyanın 14 dekabr tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması barədə Yeni Azərbaycan Partiyasının müraciətinə baxılıb.

Bu məsələ barədə MSK katiib Arifə Muxtarova məlumat verib.

O bildirib ki, YAP İdarə Heyətinin iclasında səlahiyyətli nümayəndələr təyin olunub.

Sonra səlahiyyətli nümayəndələrin qeydə alınması bardə Vahid Azərbaycan Partiyasının müraciətinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, bu partiyanın 13 səlahiyyətli nümayəndə, 2 nəfər isə maliyyə məsələləri üzrə nümayəndə qeydə alınıb.

Daha sonra səlahiyyətli nümayəndələrin qeydə alınması bardə Ana Vətən Partiyasının müraciətinə baxılıb. Bu partiya 37 nəfərin səlahiyyətli nümayəndə, 1 nəfərin isə maliyyə məsələləri üzərə səlahiyyətli nümayəndə kimi qeydə alınmasını təklif edib.

Hər üç partiyanın səlahiyətli nümayəndləri qeydə alınıb.

MSK-nın sədri Məzahir Pənahov bildirib ki, artıq siyasi partiyalardan 11-nin səlahiyyətli nümayəndələrlə bağlı iddiası təmin olunub.

O qeyd edib ki, artıq dairələrə müraciətlər başlayıb: "Siyasi partiyaların fəallığı hiss olunur. İndiyədək 469 nəfər namizədliyini irəli sürüb. Bu, çox böyük göstəricidir. Onlar özləri fərdi qaydada namizədliyini irəli sürüb, amma kifayət qədər partiya mənsubiyyəti olan da var. 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrini artıq götürüb. Namizədlərin qeydə alınması yanvarın 10-dək davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31