Nura Suri haqqında yazılanlardan danışdı: “Bu aləmdə hamı…” – Video
Nura Suri haqqında yazılanlardan danışdı: “Bu aləmdə hamı…” – Video
17 Dekabr 2019 16:35 SosialMüğənni Nura Suri "Show News" verilişində qonaq olub.
Müğənni haqqında gəzən şayiələrə artıq qəzəblənmədiyini deyib: "Başqasının həyatı səni niyə maraqlandırır? Plastik əməliyyat etmişəmsə də bunun kimə nə dəxli? Hərdən haqqımda elə şeylər danışırlar, fikirləşirəm ki, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Özümü Hürrəm kimi hiss edirəm.
Əvvəllər əsəbləşirdim, çünki anam məni narahat edirdi. Deyirdi ki, gör sənin haqqında nələr yazırlar. Sonra onu başa saldım ki, mənim sənətim elədir, bu aləmdə hamı üçün danışırlar, tək mən deyiləm.
Amma indi haqqımda danışılanda sevinirəm. Başa düşürəm ki, hansısa naliyyət əldə etdiyim üçün kimlərisə narahat edirəm".
Sənətçi heyvanlara qarşı olan sevgisindən də danışıb: "Heyvanları çox sevirəm. Onlar insanlardan fərqli olaraq çox vəfalı və sədaqətlidirlər. Üzərində canavar şəkli olan paltar geyinmişdim. Hamı soruşdu ki, niyə məhz canavar? Yer üzündə ən qeyrətli canlı canavardır.
Düşünürəm ki, heyvanlardan öyrənəcəyimiz çox şey var. Buna görə də çalışıram aksesuarlarımda heyvan fiqurlarından daha çox istifadə edirəm".