Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də paytaxt sakini A.Sultanovanın çantasından 200 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Mustafayev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31