Sevgilisini yandıran evli kişinin anası: "Oğlumu hədələyirdi ki, ananı və 5 yaşlı qızını..."

Sevgilisini yandıran evli kişinin anası SÜKUTU POZDU: "Oğlumu hədələyirdi ki, ananı və 5 yaşlı qızını..."

Sevgilisini yandıran evli kişinin anası Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxıb.

Olaylar.az xəbər verir ki, sevgilisi Nişanə Bayramovanı yandıran Əflatunun anası bildirib ki, gəlini ona ərinin gecə saat 12-də, 1-də gəldiyini deyib: "Mənim çox gözəl gəlinim var. O, Əflatuna zəng edib deyib ki, ananı və 5 yaşlı qızını öldürəcəm. Oğlum o sözlərdən sonra əsəbləşib onu yandırıb. Əflatun bankdan 300 manat götürüb bu qadına verib. Gəlinim də 5 dənə dananı satıb bu qadının borcunu ödəyib. Bu qadın 4 nəvəmi atasız qoyub. Oğlumun evini satıb İlham Axundova vermişəm. O, mənə dedi ki, 20 mini bu qadına verib".

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31