Quldurluqla məşğul olan dəstə ifşa edilib

Quldurluqla məşğul olan dəstə ifşa edilib

Quldurluq törətməkdə şübhəli bilinən dəstə zərrsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılmışlar.S.Məcidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilmişdir.Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31