Avtomobil qaçıran şəxs tutulub

Avtomobil qaçıran şəxs tutulub

Biləcəri qəsəbə ərazisindən "Honda" markalı avtomobilin qaçırılmasında şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 16-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən "Honda" markalı avtomobilinin qaçırıldığını bildirmişdir.    Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31