Bu ay daha bir DOST Mərkəzi istifadəyə veriləcək

Bu ay daha bir DOST Mərkəzi istifadəyə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu il nazirliyin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir. Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq. "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib. O, vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31