Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldı
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldı
17 Dekabr 2019 13:01 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31