“Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” mövzusunda tədbir keçiriləcək
“Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” mövzusunda tədbir keçiriləcək
17 Dekabr 2019 12:18 SosialDekabrın 18-də Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi (STM) özünün ikinci böyük tədbrini keçirəcək. "Olaylar" xəbər verir ki, saat 10:00-da başlayacaq və təxminən 3 saat çəkəcək tədbir "Hilton Baku" otelində baş tutacaq. Təbdir "Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər" adlanır. Tədbirdə Prezident Administrasiyasının (PA) Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova iştirak və çıxış edəcəklər. Eyni zamanda, tədbirdə Z. Orucun özü və STM-in departament rəhbəri Tahirə Allahyarova məruzə edəcəklər.