“Yazacaqsınız ki, fotoşopdur, amma yetərincə arıqlamışam”
“Yazacaqsınız ki, fotoşopdur, amma yetərincə arıqlamışam”
16 Dekabr 2019 17:56 SosialBakı Bələdiyyə Teatrının aktrisası Nigar Əhmədova çəkdirdiyi fotolarla gündəmə gəlir.
Buna səbəb isə izləyicilərinin ona yazdığı rəylərdir.
Belə ki, sosial şəbəkə istifadəçiləri onun şəkillərinin fotoşop olduğunu, proqramla boyunu uzatdığını deyir. Nigar isə bununla bağlı izləyicilərinə açıqlama yazıb.
"Yenə yazacaqsınız ki, şəkillər fotoşopdur, ayaqlarınızı uzatmısınız, proqramla özünüzü arıqlatmısınız. Şəkil panorama funksiyası ilə çəkilir. Məni tanıyanlar bilir ki, yetərincə arıqlamışam, hər zaman dietadayam, özümə proqramla nəsə etməyə ehtiyac yoxdur" deyə, aktrisa bildirib.
Qeyd edək ki, Sənətçi bir neçə ay öncə yəhudi bir bəylə ailə qurub.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

