Əhali ən çox hansı parfümeriya mağazalarından alış-veriş edir? – Araşdırma

Əhali ən çox hansı parfümeriya mağazalarından alış-veriş edir? – Araşdırma

Azərbaycanda əhalinin ən çox alış-veriş etdiyi parfumeriya mağazaları məlum olub.

Olaylar.az bildirir ki, bu "Business Insight International Research Group"un  "İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı" məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.

Sorğuda məlum olub ki, əhalinin 36,4%-i parfumeriyanı tanınmamış mağazalardan, 22,5% əldən və ya xaricdən, 1,5% isə onlayn alır. Rəyi soruşulanların 8,9%-i isə parfumeriyadan istifadə etmədiyini açıqlayıb.

Azərbaycanın parfumeriya və kosmetik bazarının təqribən 30%-i isə ayrı-ayrı mağazaların payına düşüb. Sorbu göstərib ki, parfumeriya satışında lider "Ideal" mağazalar şəbəkəsidir. Sonrakı yerləri "Faberlic", "Oriflame" və "Sabina" mağazalar şəbəkəsi davam etdirir.

Belə ki, rəyi soruşulanlardan

15% - "İdeal Parfumeriya",

6,9% - "Faberlic",

6,9% - "Oriflame",

5,3% - "Sabina",

2,7% - "Avon",

2,2% - "Suel Parfume",

0,9% - "Duty Free",

0,9% - "İydə"

3% - digər mağazalardan alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31