Reproduktiv sağlamlıq, insan hüquqları və gender bərabərliyi üzrə seminar keçirilib
Reproduktiv sağlamlıq, insan hüquqları və gender bərabərliyi üzrə seminar keçirilib
16 Dekabr 2019 16:43 SosialBolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa və Orta Asiyanın 17-dən çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə "Reproduktiv sağlamlıq və insan hüquqları üzrə qanunvericilikdə islahatlar və kommunikasiya strategiyaları - gender bərabərliyi" mövzusunda seminar keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, bu sahədə mövcud problemləri aradan qaldırmaq, insan hüquqlarının qorunması üzrə qanunvericiliyi gücləndirmək, vətəndaş cəmiyyəti ilə əməkdaşılğı inkişaf etdirmək və digər məsələlər seminarın əsas məqsədi olub. Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazədə iştirak edib.
Seminarda insan hüquqları və reproduktiv sağlamlıq üzrə qanunvercilik islahatlarını təşviq etmək istiqamətində çıxışlar dinlənilib, ictimai və siyasi fikirlərə təsir göstərmək, ünsiyyət strategiyalarını formalaşdırmaq, təsiredici məlumat mübadiləsi bacarıqlarını həyata keçirmək üçün fokus qruplar yaradılıb. Özbəkistan, Maldova, İordaniya mütəxəssisləri ölkələrində insan hüquqları və gender bərabərliyi istiqamətində həyata keçirdikləri geniş siyasi və sosial işlərlə iştrakçıları tanış ediblər və əldə etdikləri ən mükəmməl təcrübələri bölüşüblər. Eyni zamanda, digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, görülən işlər təhlil edilərək təcrübə mübadiləsi aparılıb, təkliflər nəzərdən keçirilib.