Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıq 10 600-ə çatıb
Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıq 10 600-ə çatıb
16 Dekabr 2019 16:37 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilən şəxslərin sayı 10 600-ə çatıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlardan 2345 nəfəri əlilliyi olan şəxslər, 1835 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir. Proqram iştitakçılarından böyük əksəriyyəti artıq biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31