Gömrükçülər qanvermə aksiyası keçiriblər
Gömrükçülər qanvermə aksiyası keçiriblər
16 Dekabr 2019 15:21 SosialDekabrın 16-da Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Dövlət Gömrük Komitəsi və Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan növbəti aksiyada Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, gömrükçülərin sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Bir neçə saat davam edən aksiyada baş idarənin 33 nəfər əməkdaşı könüllü olaraq qan verib. Qeyd edək ki, götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə istifadə olunacaq.