Avtomobildə xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb

Avtomobildə xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda - yan örtüklərin içərisində gömrük nəzarətindən gizlədilən 4500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31