Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib

Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 129 nömrəli tam orta məktəbdə "Ümumi təhsil məktəblərində riyaziyyatın tədrisi metodikası: problemlər, onların həlli yolları" mövzusunda konfrans keçirilib.  "OLAYLAR" xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, dərslik müəllifləri Nayma Qəhrəmanova, Məhəmməd Kərimov, məktəb direktorları, paytaxtın Nizami və Xətai rayonları üzrə ümumi təhsil müəssisələrinin ibtidai sinif və riyaziyyat  müəllimləri iştirak ediblər.        

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Quliyeva qonaqları salamlayaraq konfransın keçirilməsinin məqsədlərindən danışıb. Riyaziyyat fənn kurikulumunun tərtibi, dərsliklərin yazılması prosesi və təqdim olunmuş dərslik komplektlərinin tədrisində səmərəliliyin artırılmasının əsas hədəflərdən olduğunu deyən direktor riyaziyyatın öyrədilməsində yeni metod və texnologiyaların tətbiqi məsələlərini müzakirə etməyin vacibliyini vurğulayıb.

BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxışında məktəbin təşəbbüsü ilə riyaziyyatın tədrisi metodikasına həsr olunmuş konfransın təşkilini yüksək qiymətləndirib. Konfransın keyfiyyətin artırılması baxımından əhəmiyyətini qeyd edən İdarə müdiri açıq müzakirələrin faydalı olmasını bildirib, həmçinin Xətai və Nizami rayonları üzrə məktəblərin tədris göstəricilərini nəzərə çatdırıb.

Sonra konfrans sessiyalar üzrə davam etdirilib. Çıxışlar ətrafında müzakirələr aparılıb, müxtəlif siniflər üzrə nümunəvi dərslər təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31