Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edəcək

Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq dekabrın 18-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) vətəndaşları qəbul edəcəkdir. Qəbulda Qəbələ rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-652-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31