Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub
Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub
16 Dekabr 2019 13:37 SosialLökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, partlayış barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub: "Hadisə yerinə 3 təcili yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31