Canəli Əkbərovun səhhətində problem yarandı

Canəli Əkbərovun səhhətində problem yarandı

Xalq artisti Canəli Əkbərovun səhhətində problem yaranıb.

Xanəndə bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, ailə üzvləri hazırda Xalq artistinin sağlıq durumunun nisbətən düzəldiyini, bu gün evə aparılacağını bildiriblər. 

Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir neçə ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31